...

Azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin ehtiyaclarının ödənilməsi məqsədilə 24 layihə müəyyən edilib

İqtisadiyyat Materials 17 Mart 2023 11:10 (UTC +04:00)
Azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin ehtiyaclarının ödənilməsi məqsədilə 24 layihə müəyyən edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin zəruri ehtiyaclarının ödənilməsi məqsədilə 1-ci mərhələdə 24 layihə müəyyən edilib (Kəlbəcər və Laçın rayonları istisna olmaqla digər ərazilər üzrə).

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Həmin layihələrdən 11-nin fəaliyyətinin təşkili məqsədilə sahibkarlıq subyektləri ilə aidiyyəti qurumlar arasında icarə müqaviləsi imzalanıb. 11 layihədən artıq 5-i fəaliyyət göstərir və vergi uçotuna alınıb.

10 layihə üzrə müqavilələrin bağlanması istiqamətində iş aparılır. 3 layihənin icrası infrastrukturdan asılı olaraq qeyri-müəyyən müddətə təxirə salınıb. Digərləri ilə bağlı sənədləşmə həyata keirilməkdədir.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti