...

KOBİA sədri və Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının sədri arasında görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 14 Aprel 2023 09:40 (UTC +04:00)

Bakı. Trend:

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri Yousef Al-Benyan ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsi və dəstək mexanizmləri barədə fikr mübadiləsi aparılıb, KOBİA-nın KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti