...

Azad edilmiş ərazilərdə biznes qurmaq üçün 500-ə yaxın xarici şirkət müraciət edib - KOBİA sədri

İqtisadiyyat Materials 25 Aprel 2023 13:42 (UTC +04:00)
Azad edilmiş ərazilərdə biznes qurmaq üçün 500-ə yaxın xarici şirkət müraciət edib - KOBİA sədri

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir.

Trend-in məlumatına görə, bunu bu gün “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər dava etdirilir. Bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir.

Hörmətli sahibkarlar, bizim fəaliyyətimizin səmərəsi sizlərlə əməkdaşlıqdan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, fürsətdən istifadə edərək, sizi ölkəmizin iqtisadi qüdrətinin artırılması və ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi istiqamətində daha sıx əməkdaşlığa və mövcud dəstək və xidmətlərdən daha çox faydalanmağa dəvət edirəm", - KOBİA sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti