...

Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar ayı üzrə renkinqi

İqtisadiyyat Materials 24 Fevral 2025 12:58 (UTC +04:00)
Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar ayı üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 163,7 milyon manat sığorta haqqları toplanıb.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% və ya 24,5 milyon manat çoxdur. Belə ki, ötən ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 139,1 milyon manat sığorta haqqları toplanıb.

Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Sığorta” ASC (69 milyon manat) olub. İkinci yerdə 50,3 milyon manat sığorta haqqı ilə “Paşa Həyat Sığorta” ASC, üçüncü yerdə 8 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” ASC qərarlaşıb.

Ötən ay sığorta yığımlarına görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət

Məbləğ (min manat)

"Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti

69 050

"Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

50 319

"Atəşgah Həyat Sığorta" Şirkəti Açıq Səhmdar Cəmiyyəti

7 965

"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti

7 613

"Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti

5 602

"Atəşgah Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti

4 919

"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti

3 755

"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti

3 701

"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti

2 913

"A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti

2 072

"Qala Həyat Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti

1 396

"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1 366

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti

977

"Xalq Həyat Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti

844

"AzSığorta Açıq" Səhmdar Cəmiyyəti

743

"İpək Yolu" Sığorta ASC

424

Məqalədə:
Xəbər lenti

Xəbər lenti