...

Azərbaycan iqtisadiyyatı işçi qüvvəsinin pressinqini hiss edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2007 13:10 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı işçi qüvvəsinin pressinqini hiss edir

Azərbaycan, Bakı/ Trend müxbir E.Xankişiyeva/ Əhalinin məşğulluq məsələsi 2008-ci ildə Azərbaycanda aktuallığını saxlayacaq. Əmək qabiliyyətli əhali çox olduğu üçün bizim iqtisadiyyatımız işçi artıqlığının pressinqini daima hiss edəcək. Buna görə hökumətin bu problemə diqqəti azaldılmamalıdır. Azərbaycan hökumətinin 2008-ci il üçün proqnozları 2007-ci ilin göstəriciləri (4017.7 min) ilə müqayisədə növbəti ildə ölkənin iqtisadi sektorunda məşğulluğun 1.4 faiz artacağı və 4072.3 min nəfər təşkil edəcəyini göstərir. Bu, iqtisadi cəhətdən fəal əhalinin sayının artması ilə izah edilir. Bu göstəricilərə görə, 2008-ci ildə bu artım müvafiq olaraq 4393,1 min və 8723,3 min nəfər təşkil edəcək. Əmək qabiliyyətli əhalinin əksər hissəsi - 38.6 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Bu, 1.5 mln. nəfər və demək olar ki, kənd əhalisinin bütün yaşlı əhalisi deməkdir. Şəxsi torpaq mülkiyyətinin olması onları avtomatik olaraq məşğul kateqoriyasına aid edir. Lakin kənd təsərrüfatı işinin mövsümi xarakterli olması kəndliləri daimi iş yeri və stabil əmək haqqı axtarmağa məcbur edir. İqtisadi sferanın ikinci böyük sferası ticarət və avtomaşın, texnika təmiridir. Növbəti ildə bu sferada 678.3 min nəfər çalışacaq. Qida məhsullarına, həyat üçün vacib olan predmetlərə tələbat təklifin artması ilə bu sferada məşğul olanların sayına da təsir göstərir. Bu sferada kadrların böyük dəyişkənliyi müşahidə olunur və işçilər çox vaxt öz iş yerlərində qeydiyyatdan keçmirlər. Ölkə iqtisadiyyatında məşğulların sayına görə üçüncü yeri təhsil sferası tutur və bu sferada 340 min adam çalışır. Ölkədə yeni məktəblərin tikintisi yeni kadrlara tələbat yaradır. 2008-ci ildə təhsil sferasında 342.6 min nəfərin çalışacağı gözlənilir. 2008-ci ildə səhiyyə və sosial xidmətlər sahəsində çalışanların sayı 2007-ci ildəki 182.5 min nəfərdən 184.5 min nəfərədək artacaq. Dövlət idarəetməsi və müdafiəsi həmçinin sosial təminat sektorunda iş yerlərinin ixtisarı proqnozlaşdırılır. Növbəti ildə bu sahədə 2007-ci ildən 0.8 faiz az və ya 268.9 min nəfər çalışacaq. Bu pensiyaların və maaşların ödənilməsi sistemində aparılan islahatlarla əlaqədar olacaq. Belə ki, islahatlar nətiəsində pensiya və maaşların ödənilməsi bankomatlar vasitəsilə aparılacaq. Əlavə işçi qüvvəsinə tələbat ölkənin sənaye sahəsində müşahidə olunacaq. Hökumət proqnozlarının göstərdiyi kimi, emaledici sənayedə 8.8 faiz (200.9 min nəfərdən 218.6 min nəfərədək), hasilat sənayesində isə 1.1 faiz (45.3 min nəfərdən 45.8 min nəfərədək) artım gözlənilir. 2008-ci ildə tikinti sferasında məşğul olanların artması tendensiyası müşahidə olunur və burada çalışanların sayı 225.9 min nəfərə çatacaq. Bu əsasən əvvəlcə paytaxda başlayan sonra isə regionlara keçən və böyük işsizlər ordusunu işlə təmin edən tikinti bumu ilə əlaqədardır. Lakin iş yerlərinin belə yüksək artımı tikintidə çalışan içşilərin ən aşağı qeydiyyat səviyyəsini aradan qaldırmağa icazə verir. İşçi qüvvəsinə ən çox tələbat inkişaf edən kiçik və orta biznes sferasında hiss olunacaq. Belə ki, növbəti ildən mehmanxana biznesində 25.9 min nəfər, nəqliyyatda, rabitədə 207.6 min nəfər çalışacaq.

Xəbər lenti

Xəbər lenti