...

Azərbaycanın Dövlət Sığorta Nəzarəti sığorta bazarına təsir göstərmək üçün ciddi imkanlar qazanıb - Azərbaycan Dövlət Sığorta Nəzarətinin rəhbəri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 15:10 (UTC +04:00)
Azərbaycanın Dövlət Sığorta Nəzarəti sığorta bazarına təsir göstərmək üçün ciddi imkanlar qazanıb - Azərbaycan Dövlət Sığorta Nəzarətinin rəhbəri ilə müsahibə

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Trend ın Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin rəhbəri Namiq Xəlilovla müsahibəsi.

- Azərbaycan Parlamenti "Sığorta fəaliyyəti haqqında" yeni qanun qəbul edib. Yeni qanunu necə qiymətləndirirsiniz və bu qanun ölkənin sığorta bazarının hazırkı inkişaf səviyyəsinə nə dərəcədə cavab verir?

- Yeni qanunun əsas vəzifəsi sığorta sahəsinin baza hissəsinin təkmilləşdirilməsi, sığorta sahəsinin hüquqi bazasının əsas beynəlxalq prinsiplərə və sığora fəaliyyətinin üzərində nəzarət və onun nizamlanmasının standartlarına uyğunlaşdırılmasıdır. Qanunun əsas prioritetlərindən biri sığorta fəaliyyətinin iqtisadi münasibətlərdə rolu və keyfiyyətinin artırılması, bu xidmətlərdən istifadə edən istehlakçıların hüquq və maraqlarının hərtərəfli müdafiəsidir. Yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün "Sığorta fəaliyyəti haqqında" qanun sığortaçıların, təkrar sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin nizamlanmasının, yaradılmasının, bu fəaliyyətə lisenziya verilməsinin və ya dayandırılmasının yeni mexanizmlərini təyin edir. Sığorta nəzarəti orqanının vəzifələri, hüququ və öhdəlikləri dəqiqləşdirilib, sığortaçıların ödəmə qabiliyyətinin və maliyyə davamlılığına irəli sürülən tələblər beynəlxalq təcrübəyə uyğunlaşdırılıb.

Eyni zamanda, Mülki Məcəllənin "Sığorta" fəslinə əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklər sığortaçı və sığorta olunanlar arasında müqavilə münasibətlərinin hüquqi nizamlanması məsələlərində mövcud olan boşluqları aradan qaldırır.

Bu qanunvericilik aktlarının qəbul edilməsinə sığortanın hüquqi bazasının ölkənin sosial-iqtisadi inkişafının bugünkü templərinə uyğunlaşdırılmasına olan ehtiyac səbəb olub. Bu gün Azərbaycanın sığorta sahəsi təəssüf ki, iqtisadi münasibətlər sistemində payına düşən rolu oynamır. Güclü və sağlam sığorta bazarı yalnız güclü və sağlam sığorta şirkətlərinin olduğu şəraitdə mövcud ola bilər. Əminəm ki, yeni qanun və Mülki Məcəlləyə edilən dəyişikliklər bu istiqamətdə irəliləyişlərə yeni impuls verəcək.

- Yeni qanuna əsasən, Maliyyə Nazirliyi sığota fəaliyyətinin göstərilməsi üçün möhlətsiz lisenziya verəcək. Bu, sığorta şirkətlərinin fəaliyyətinə necə təsir göstərəcək?

- Bu addım sığorta şirkətlərinə inamı artıracaq. Sığorta olunanlar sığorta müqaviləsinin fəaliyyəti bitməmiş sığorta şirkətinin lisenziyasız qala bilməsi barədə narahat olmayacaqlar. Eyni zamanda, qeyd etmək lazımdır ki, sığorta nəzarəti orqanı sığorta bazarının peşəkar iştirakçılarına təsir göstərmək üçün kifayət qədər ciddi vasitələrə malikdir.

- Yeni qanuna əsasən, sığorta şirkətlərinə münasibətdə hansı kapitallaşma səviyyəsi təyin olunacaq və yerli şirkətlər hazırda kapitalın artırılmasına nə qədər hazırdır?

- Qanunun qüvvəyə minməsindən sonra Maliyyə Nazirliyi sığorta şirkətlərinin kapitalının artırılmasının yeni cədvəlini təsdiq edəcək. Rəqəmləri açıqlamadan deyə bilərəm ki, bu cədvəl kifayət qədər sıx olacaq. Sığorta bazarında mövcud vəziyyətdən xəbəri olan bir şəxs kimi mən əmin deyiləm ki, bu gün fəaliyyət göstərən bütün sığortaçılar yeni tələbləri yerinə yetirə bilsinlər. Lakin bizim başqa çıxış yolumuz yoxdur. Maliyyə cəhətdən zəif sığortaçılardan güclü və etibarlı sığorta bazarı yaratmaq mümkün deyil.

- Yeni qanun sığorta sahəsinin kadr potensilanın inkişına, sığorta şirkətlərinin və sığorta vasitəçilərinin rəhbərlərinin və mütəxəssislərinin peşəkarlığının artırılması necə təsir göstərəcək?

- Yeni qanun sığorta bazarının keyfiyyətinin artırılması məsələsinə müsbət təsir göstərəcək. Məlum olduğu kimi, yeni qanun sığorta şirkətlərinin rəhbər vəzifələrinə təyin olunmağa iddia edən şəxslərin, eləcə də sığorta vasitəçisi fəaliyyətini həyat keçirmək üçün lisenziya almaq istəyən şəxslərin ixtisasdan imtahan verməsini nəzərdə tutur. Bu tədbirlər sığorta fəaliyyəti sahəsində təhsil alınması məsələsinə tələbatı artırır, tələbat isə məlum olduğu kimi artmaqdadır. Bu səbəbdən də biz 2008-ci ildə sığorta sahəsində kadrların hazırlanması üçün müxtəlif hazırlıq kurslarının meydana gələcəyini proqnozlaşdırırıq.

- Yerli sığorta şirkətlərində xarici kapitalın iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın sığorta bazarının fəaliyyətinə və rəqabət qabiliyyətinə necə təsir göstərəcək?

- Hesab edirəm ki, bu addım Azərbaycanın sığorta bazarını xarici sığortaçıların investisiyaları üçün daha da cəlbedici edəcək. Bizim bazarda yeni güclü oyunçuların meydana gəlməsi müsbət nəticələnməlidir. Sağlam rəqabətin olması istehlakçı üçün həm qiymət, həm də malların və xidmətlərin keyfiyyəti baxımından sərfəlidir. Sığorta bazarı da bu baxımdan istisna deyil.

Xəbər lenti

Xəbər lenti