...

İranın neft üzrə hesablamalarda dollardan imtina etməsi ciddi nəticələr verməyəcək – xarici ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Bədəlova/ İranın neft əməliyyatları üzrə hesablamaların həyata keçirilməsində Amerika dollarından istifadənin tam olaraq dayandırılmasına dair qərarı heç bir ciddi nəticələr törətməyəcək. Bu barədə Trend tərəfindən sorğulanan xarici ekspertlər hesab edirlər.

İranın Neft Hasilatı Sənayesi Nazirliyinin nümayəndəsi ötən həftə neft üzrə hesablamaların Amerika valyutası ilə həyata keçirilməsinin dayandırılmasına dair bəyanat verib. Onun sözlərinə görə, alıcılarla hesablamalar digər "qeyri-dollar" valyutaları ilə aparılacaq. İran prezidenti Mahmud Əhmədinejad hələ əvvəllər OPEK ölkələrini Amerika dollarından istifadədən imtina etməyə çağırmışdı, lakin təklif ölkələr tərəfindən dəstəklənməmişdi.

İtaliyanın Bruno Leoni İnstitutunun əməkdaşı Karlo Staqnaronun (Carlo Stagnaro) rəyinə görə, İranın qərarı öz-özlüyündə hər hansı bir əhəmiyyət kəsb etmir. "Dünya bazarlarında neftin qiyməti yenidən Amerika dolları ilə müəyyən olunacaq. Buna görə, İran və ya digər dövlətin neft hesablamalarını dollarla aparmaqdan imtina edib-etməməsi və ya avro və digər valyutalara keçməsi mühüm deyil", - deyə Trend a Staqnaro bildirib.

Staqnaro hesab edir ki, bir çox digər neft hasil edən ölkələr İranın ardınca gedəcəyi təqdirdə, ABŞ sonda artan inflyasiyanın nəticələrinin təzyiqi altında qalacaq.

"Neftə olan tələbat və təkliflər təkcə valyutadan deyil, həmçinin mal ehtiyatları və hava şəraiti kimi göstəricilərdən asılı olacaq. Bu, bu gün treyderlərin Amerikanın WTI neft növünün bir barelini 120 dollara almağa razılaşmasının bir çox səbəblərindən biridir. Baxmayaraq ki, bu məbləğ hələ bir neçə ay bundan öncə ağlasığmaz idi", - deyə o bildirib.

O, bu qərarın İranın özünə təsirindən danışaraq bildirib ki, bu, iqtisadi nöqteyi-nəzərdən ölkə üçün hər hansı bir müsbət və ya mənfi nəticələr verməyəcək.

Amerikanın "Energy Security Analysis" (ESAI) analitika şrkətinin neft bazarı üzrə eksperti Endryu Rid (Andrew Reed) də bu fikirdədir.

"Mən düşünmürəm ki, bu qərar İran üçün har hansı bir nəticəyə malik olsun. Lakin treyderlər istəmədən hansısa digər valyuta ilə razılaşacaqlar, belə ki, bu, onların əməliyyatlarının valyuta riskinə gətirib çıxaracaq", - deyə Rid Trend a bildirib.

Amerikalı ekspertin rəyinə görə, olduqca az ölkə İranın ardınca gedərək dollardan imtina edə bilər.

İslandiyanın İqtisadi Elm İnstitutunun professoru Raqnar Arnason (Ragnar Arnason) hesab edir ki, İranın qərarının nəticələri hətta qısa müddətli perspektivdə belə mövcud olmayacaq. "Bu əsasən Amerika dolları məzənnəsinin cüzi şəkildə zəifləməsi ilə nəticələnəcək. Bu, İran neftinə tələbatı və onun dəyərini cüzi şəkildə azaldacaq. Lakin əslində, əgər ölkələrdən heç biri bu qərarın ardınca getməsə İran zərər çəkməyəcək", - deyə Trend a Arnason bildirib.

ABŞ-ın Eregetika İnformasiyaları İdarəsinin (EIA) məlumatlarına görə, 2006-cı ildə İran neftinin ixracı sutkada 4 mln. bareli üstələmişdi. 2006-cı ildə ölkənin daxili bazarında olan neft istehsalı sutkada 1,68 mln. barel təşkil edib. EIA-nın məlumatına görə, təsdiq olunmuş neft ehtiyatları 132,46 mlrd. barr. təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti