Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə baş çəkib (FOTO)

Siyasət Materials 1 May 2026 15:18 (UTC +04:00)
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə baş çəkib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə baş çəkiblər.

Trend xəbər verir ki, diplomatlar universitetin fəaliyyəti ilə tanış olublar və onlara ali təhsil ocağının tarixi barədə məlumat verilib.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti