...

Azərbaycan Dövlət Gömrük Komitəsi MDB ilə ticarət dövriyyəsinin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend / Cari ilin yanvar-aprel aylarında MDB ölkələrindən Azərbaycana 620716,1 min dollarlıq mal idxal olunub ki, bu da ölkənin ümumi idxalının 32,26 faizini təşkil edir. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

MDB-dən Azərbaycana mineral yanacaq, dənli bitkilər, avadanlıq, mexaniki qurğular, qara metallurgiya məmulatları gətirilib.

Azərbaycandan MBD -yə mal ixracının məbləği 488503,6 min dollar (Ümumi ixracın 12,66 faizi) təşkil edib.

MDB ölkələrinə, əsasən, şəkər, qənnadı məmulatları, neft məhsulları, kimyəvi maddələr, heyvan və bitki yağları, pambıq, tərəvəz və meyvə ixrac olunub.

MDB ölkələri ilə idxal-ixrac əməliyyatları üzrə 132212,4 min dollar həcmində mənfi qalıq yaranıb.

Xəbər lenti

Xəbər lenti