...

Azərbaycanda yeni sərhəd-buraxılış kompleksi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2009 15:42 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında "Şahtaxtı" Gömrük İdarəsi üçün tikilmiş yeni sərhəd-buraxılış kompleksi açılıb. Bu barədə bazar ertəsi Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Azərbaycanda yeni sərhəd-buraxılış kompleksi açılıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Naxçıvan Muxtar Respublikasında "Şahtaxtı" Gömrük İdarəsi üçün tikilmiş yeni sərhəd-buraxılış kompleksi açılıb. Bu barədə bazar ertəsi Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

"Şahtaxtı" beynəlxalq buraxılış məntəqəsi yük və sərnişin avtomobillərinin hərəkətinə, həmçinin vətəndaşların viza buraxılışına və İranla beynəlxalq əlaqələrin sürətli inkişafına xidmət edəcək", - DGK-nin məlumatında deyilir.

Hazırda gömrük buraxılış məntəqəsində "vahid pəncərə" avtomatlaşdırılmış gömrük baxış sisteminə keçid üzrə işlər davam etdirilir.

Həmçinin qeyd edilib ki, Poldəşt şəhərində 2010-cu ildə beynəlxalq standartlara cavab verən daha bir gömrük məntəqəsi açılacaq.

5,7 hektar ərazini əhatə edən "Şahtaxtı-Poldəşt" buraxılış məntəqəsinin tikintisi 2008-ci ilin mart ayında başlanıb. Məntəqənin inzibati binası 3 mərtəbədən ibarətdir. Gömrük nəzarətinin aparılması məqsədi ilə məntəqədə rentgen aparatları, radiasiyaya nəzarət üzrə və s. avadanlıqlar quraşdırılıb.

Məqalə müəllifi ilkə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti