Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu adlı, sənədsiz, təmin edilmiş istiqrazların yerləşdirilməsini bərpa edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
İstiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac dekabrın 10-da keçiriləcək və hərraca 5 milyon manat həcmində istiqraz çıxarılacaq.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,75 faiz qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənmə tarixi - 22 yanvar 2022-ci ildir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.