...

Azərbaycanda ipoteka istiqrazlarının gəlirliliyi 3 faiz təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 20:47 (UTC +04:00)
Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 40 milyon manat həcmində qeydiyyata alınan altıncı emissiyasından təmin edilmiş, adlı istiqrazları üzrə illik gəlirliliyi 3 faiz təşkil edir.
Azərbaycanda ipoteka istiqrazlarının gəlirliliyi 3 faiz təşkil edəcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 40 milyon manat həcmində qeydiyyata alınan altıncı emissiyasından təmin edilmiş, adlı istiqrazları üzrə illik gəlirliliyi 3 faiz təşkil edir. Bu barədə çərşənbə günü Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumatda deyilir.

İkinci buraxılış (3,25 faiz səviyyəsində gəlirlilik) istisna olmaqla, əvvəlki emissiyalar çərçivəsində faiz dərəcəsi illik 3 faiz olub.

Faizlərin ödənilməsi hər 180 gündən bir həyata keçiriləcək.

Sonuncu buraxılış ipoteka istiqrazlarının tədavül müddəti 10 ildir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 min istiqraz buraxılıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti