...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təqribən yeddi dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr/Trend/

Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) cümə günü altıncı emissiyadan faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların ilk hissəsini yerləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə günü AİF-in yaydığı məlumatda deyilir.

Hərraca 3 milyon manatlıq istiqraz çıxarılıb, lakin tələbat təklifi 6,9 dəfə üstələyib.

İki investor tərəfindən 20,988 milyon manat məbləğində sifarişlər təqdim edilib.

İstiqrazlar nominal dəyərlə satışa çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti