Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/
"Meqa Sığorta" şirkəti nizamnamə kapitalını indiki 10 milyon manatdan 10,5 milyon manatadək artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) şirkətin 500 min manat dəyərində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend cümə axşamı QKDK-nın saytına istinadən məlumat verir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 100 səhm buraxılıb.