...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

İyunun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yeni emissiyasının yeddinci hissəsinin yerləşdirilməsi aparılacaq.

BFB-dən cümə günü Trend-ə verilən məlumata görə, istiqrazlar satışa 101,3083 faiz qiyməti ilə təqdim ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində AMB çıxış edir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınan AİF-in hər birinin nominal dəyəri 1000 manat və illk faiz dərəcəsi 3 faiz olan 40 milyon manat həcmində faizli, təmin edilmiş istiqrazlarının bu emissiyasının (sayca altıncı) yerləşdirilməsi dekabrın 28-də başlayıb. İstiqrazların ödənmə tarixi 6 noyabr 2022-ci ildir. Hazırda bu emissiyadan olan istiqrazlar 29 milyon manat həcmində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti