...

"AtaSığorta" yeni sığorta paketi təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 10:23 (UTC +04:00)
İnsanlar bütün zamanlarda öz həyat şəraitlərini yaxşılaşdırmaq, özlərinə və ailələrinə rahat və qayğısız yaşam təmin etmək üçün yorulmadan çalışıblar. Müasir dövrdə də bu demək olar ki, dəyişməyib - istifadə etdiyimiz bütün əşyalar, bütün məhsullar rahatlığımıza xidmət edir. Bunlardan ən əsasları, təbii ki, şəxsi ev və avtomobildir. Bu barədə Trend-ə şirkətdən cümə axşamı məlumat verilib.
"AtaSığorta" yeni  sığorta paketi təqdim edir

Azərbaycan, Bakı, 27 iyun / Trend /

İnsanlar bütün zamanlarda öz həyat şəraitlərini yaxşılaşdırmaq, özlərinə və ailələrinə rahat və qayğısız yaşam təmin etmək üçün yorulmadan çalışıblar. Müasir dövrdə də bu demək olar ki, dəyişməyib - istifadə etdiyimiz bütün əşyalar, bütün məhsullar rahatlığımıza xidmət edir. Bunlardan ən əsasları, təbii ki, şəxsi ev və avtomobildir. Bu barədə Trend-ə şirkətdən cümə axşamı məlumat verilib.

Müştərilərini daim yeniliklərlə və sərfəli təkliflərlə sevindirməyi özünə hədəf seçən AtaSığorta, bu dəfə də sığorta bazarında bir ilkə imza atdı. Bu, "EvMobil" sığorta paketidir.

"EvMobil" məhsulu özündə iki ayrı sığorta obyektini - evi və avtomobili birləşdirir. Bu paketi almaqla iki sığortaya birdən sahib olacaq müştərilər üçün ən sevindirici hal isə daha iki sığorta məhsulunun onlara hədiyyə verilməsidir. Belə ki, müştəri evinin və avtomobilinin könüllü sığortalarını aldığı halda, hər iki sığorta müqaviləsi üzrə icbari sığorta müqavilələrini, yəni evinin (əmlakının) və avtomobilinin icbari sığortasını AtaSığortadan pulsuz əldə edir. Nəticədə, müştəri "EvMobil" sığorta paketi çərçivəsində şirkətə müraciət edib sığorta müqaviləsi imzalamaqla dərhal hədiyyə qazanmış olur. Bu isə o deməkdir ki, müştəri yalnız bir paketi almaqla əmlakını və avtomobilini əsas risklərdən sığortalayır. Hər hansı bir sığorta hadisəsi baş verərsə ziyanın aradan qaldırılması və əvvəlki maliyyə vəziyyətinə qayıtması üçün maddi kompensasiya ilə təmin olunur.

Sığorta paketi haqqında ətraflı məlumat üçün (012) 936-a zəng etmək, yaxud www.atasigorta.az/evmobil saytına, www.facebook.com/AtaSigortaASC səhifəsinə daxil olmaq olar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti