...

"Meqa Sığorta" avtomobil sığortası üzrə iki iri ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 14:28 (UTC +04:00)
"Meqa Sığorta" şirkəti KASKO sığortası və AVSMMİS üzrə iki iri ödəmə həyata keçirib.
"Meqa Sığorta" avtomobil sığortası üzrə iki iri ödəniş edib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Əliyev/

"Meqa Sığorta" şirkəti KASKO sığortası və AVSMMİS üzrə iki iri ödəmə həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Hadisələrin biri Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 159-cu km-də, digəri isə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı olub.

Belə ki, "Meqa Sığorta" ASC tərəfindən KASKO sığorta növü üzrə sığortalanmış "Skoda Octavia" markalı avtomobilin sahibinə dəymiş zərər üzrə 7 536 manat məbləğində sığorta ödənişi təqdim edilib. Qeyd edək ki, avtomobilin real bazar dəyəri 14 500 manat təşkil edib.

İkinci yol-nəqliyyat hadisəsi zamanı "Meqa Sığorta" ASC tərəfindən sığortalanmış "Chery T11" markalı avtomobilin sahibi tərəfindən "Kia Optima" markalı avtomobilin sahibinin əmlakına dəymiş zərər üzrə 4 700 manat məbləğində sığorta ödənişi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti