...

“AtaSığorta” ASC-nin “Mərkəzi” filialı yeni ünvanda sığorta xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 10:05 (UTC +04:00)
Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərməyə çalışan “AtaSığorta” ASC-nin “Mərkəzi” filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək. Bu barədə Trend-ə cümə axşamı ASC-dən daxil olan məlumatda deyilir.
“AtaSığorta” ASC-nin “Mərkəzi” filialı yeni ünvanda sığorta xidmətləri göstərəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərməyə çalışan "AtaSığorta" ASC-nin "Mərkəzi" filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək. Bu barədə Trend-ə cümə axşamı ASC-dən daxil olan məlumatda deyilir.

Bakı şəhərinin Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi 11/77 ünvanında yerləşən filialda müştərilərə geniş profilli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. "AtaSığorta" Strateji Planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcəkdir.

Yeni ünvanda yerləşən filialın açılış mərasimində çıxış edən "AtaSığorta" ASC İdarə Heyətinin sədri Müseyib Əliyev qeyd etmişdir ki, "Son zamanlar AtaSığorta müştərilərinə daha da yaxın olmaq və onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Biz inanırıq ki, "Mərkəzi" filialın da bu yöndə rolu çox böyük olacaqdır. "Mərkəzi" filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait və qayğıkeş əməkdaşlarımız müştərilərimizi məmnun edəcəkdir".

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti