...

2013-cü ildə Azərbaycanda tranzit avtomobilləri 200-dən çox qəzaya səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2014 18:00 (UTC +04:00)
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 2013-cü ildə qeydə alınmış sığorta hadisələrinin 224-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin iştirakı ilə (zərərvuran qismində) baş verib.
2013-cü ildə Azərbaycanda tranzit avtomobilləri 200-dən çox qəzaya səbəb olub

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.Əliyev/

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 2013-cü ildə qeydə alınmış sığorta hadisələrinin 224-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin iştirakı ilə (zərərvuran qismində) baş verib.

Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, bu avtonəqliyyat vasitələrinin 37,5%-i (84) Türkiyə, 32,6%-i (73) Gürcüstan, 19,6%-i (44) Rusiya, 4%-i (9) İran, 2,3%-i (5) Almaniya, 4%-i (9) isə digər ölkələrdə qeydiyyata alınan nəqliyyat vasitələri təşkil edib.

Bunların 107-si (48%) yük avtomobilləri, 90-ı (40%) minik avtomobilləri, 16-sı (7%) avtobuslar, 11-i (5%) isə qoşqular olub. Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri üzrə 300,215 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

2013-cü ildə Azərbaycanda AVSMMİS üzrə 16,8 min sığorta hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti