Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Əliyev/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun 40 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nın yaydğı məlumatda deyilir.
Bu, ölkədə ipoteka istiqrazlarının səkkizinci emissiyasıdır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 min istiqraz buraxılıb. Emissiya açıq yerləşdirmə yolu ilə reallaşdırılacaq.