...

Samir Şərifov: Sığortaçılar qeyri-neft sektorunun inkişafına böyük töhfə verməlidirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Emin Əliyev/

Sığorta şirkətləri ölkənin qeyri-neft sektorunun inkişafına böyük töhfə verməlidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin maliyyə naziri Samir Şərifov V Azərbaycan Beynəlxalq Sığorta Forumunun açılışında deyib.

S.Şərifov bildirib: "Forumun iştirakçılarının sayının artdığını görmək xoşdur. Bu, tədbirin bazarın peşəkar iştirakçıları arasında fikir mübadiləsi üçün getdikcə daha geniş platformaya çevrilməsindən xəbər verir. Ötən il Azərbaycan iqtisadiyyatı 5,8 faiz artıb, həm də bu artım qeyri-neft sektorunun hesabına təmin olunub. Hesab edirəm ki, sığorta bazarı ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdə davam etməlidir".

Nazir qeyd edib ki, sığorta bazarı son səkkiz il ərzində altı dəfə, son iki ildə isə iki dəfə artaraq 2013-cü ildə 543 milyon dollara çatıb: "Sığorta mükafatlarının orta məbləği 2-3 dəfə artaraq 29 dollardan 59 dollara, sığortaçıların xalis mənfəəti isə 84 milyon dollara çatıb".

Şərifovun sözlərinə görə, sığorta şirkətlərinin tələb və normativlərinin artırılmasını nazirlik zəruri və düzgün addım kimi qiymətləndirir: "Tələblərin sərtləşdirilməsi bazarda şirkətlərin sayının azalmasına gətirib çıxarır ki, bu da bazarı sağlamlaşdırır və daha səmərəli edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti