...

Bazar iştirakçısı: Azərbaycanın sığorta şirkətləri icbari tibbi sığortanın tətbiqinə hazırdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 15:50 (UTC +04:00)
Azərbaycan sığortaçıları mövcud çətinliklərə rəğmən, ölkədə icbari tibbi sığortanın tətbiq edilməsinə hazırdırlar.
Bazar iştirakçısı: Azərbaycanın sığorta şirkətləri icbari tibbi sığortanın tətbiqinə hazırdırlar

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbirlər Emil Əliyev, Zülfiyyə Qurbanova/

Azərbaycan sığortaçıları mövcud çətinliklərə rəğmən, ölkədə icbari tibbi sığortanın tətbiq edilməsinə hazırdırlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Paşa Sığorta"nın Tibbi sığorta departamentinin rəhbəri Rəna Mahmudova V Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.

R.Mahmudova bildirib: "Bizim şirkətimiz və zənnimcə, digər şirkətlər ölkədə icbari tibbi sığortanın tətbiq edilməsinə hazırdırlar. Bununla belə, biz hansı problemlərlə üzləşəcəyimizi bilirik. Bunlar tibbi sahənin maliyyələşdirilməsi ilə bağlı çətinliklər, tibbi protokolların akkreditasiyası, hazırlanması ilə əlaqədar problemlər və digər aspektlərdir".

Onun sözlərinə görə, Azərbaycanın indiki iqtisadi inkişafı qabaqcıl xarici təcrübədən və bu sahədə görülmüş işlərdən istifadə etməklə icbari tibbi sığortanı uğurla tətbiq etməyə imkan verir.

Qeyd edək ki, "İcbari tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul olunub. Lakin 2009-cu ildə İcbari Tibbi Sığorta üzrə Agentliyə yaradılmasına baxmayaraq, hələ də tətbiq edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti