...

Azərbaycan sığortaçılarının mayda istehsalatda sığorta üzrə yığımları 2 milyon dollardan çox olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 13:19 (UTC +04:00)
2014-cü ilin may ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1458 sığorta müqaviləsi bağlanıb.
Azərbaycan sığortaçılarının mayda istehsalatda sığorta üzrə yığımları 2 milyon dollardan çox olub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin may ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1458 sığorta müqaviləsi bağlanıb.

Trend-in İcbari Sığorta Bürosunun saytına istinadən verdiyi məlumata görə, bu müqavilələr üzrə daxil olan sığorta haqları 835,52 min manat təşkil edib.

Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 687 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 676,43 min manat olub.

Ümumilikdə may ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 milyon manatdan çox olub. İcbari sığortanın bu növü üzrə "Paşa Həyat Sığorta" ASC, "Qala Həyat" Sığorta Şirkəti ASC və "Atəşgah Həyat" Sığorta Şirkəti ASC fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti