Hamınıza məlum faktdır ki, Azərbaycanın turizm imkanları ildən-ilə artmaqdadır. Ölkəyə səfər edən turistələrin sayı artıq millionlarla hesablanır, bölgələrimiz öz turizm potensiallarını nümaiş edərək daha da cəlbedici olurlar. Dövlətin infrastruktur layihələri turizmın və qonaqpərvərlik sənayesinin inkişafına əlverişli şərait yaradmışdır.
Biz, Hotellər və Restoranlar Assosiasiyası olaraq bu proseslərin inkişafına öz töhfəmizi veririk, dövlətə, biznesə yardımçı rolumuzu çalışıb layiqincə aparırıq.
Regional turizmin inkişafı sürətlə həyata keçirilir, bir sıra hotellər, turizm-istirahət mərkəzləri inşa edilərək istifadəyə verilirlər, daxili turizm dövriyyəsi və bölgələrə üz tutan xarici turistlərin sayı artır.
Ekskursiyalar - aparıcı əlavə xidmət hesab edilirlər. Axı hər bir turist, onun xarici və yaxud yerli olduğundan asılı olmayaraq və hətta sadə qonaq gəldiyi məkan haqqında, onun xüsusiyyətləri, mədəniyyəti, tarixi və digər incəliklərindən xəbərdar olmaq istəyir. Bunlar haqqında məhz peşəkar bələdçilər tərəfindən aparılan müxtəlif marşrutlar üzrə ekskursiyalar bəhs edə bilərlər.
Bundan əlavə, ekskursiyalar ideoloji yük daşıyırlar. Razılaşarsınız ki, turistlərə ölkə haqqında çatdırılan məlumatlar düzgün, maraqlı, heqiqi, dürüst olmalıdırlar. Ekskursiyalar ölkənin qədim tarixi, mədəniyyəti, mətbəxi, adət və ənənələri, görkəmli şəxsiyyətləri və hətta yaralı yerimiz olan işğalçı qonşuların Azərbaycanın tarixi torpağlarına olan çirkin iddiaları haqqında əyanı şəkildə məlumat yayan carçı olmalıdırlar.
Nəzərinizə çatdırmaq istərdim ki, son illər ərzində ölkədə ilk dəfə belə təcrübəyə əl ataraq təşkilatımızın təşəbbüsü ilə Qəbələ rayonunda Ekskursiya Bürosunun təsis edilməsinə nail olmuşuq. Bu işin nə qədər çətin olmasından danışaraq Sizləri yormaq istəməzdim. Yalnız mütəxəssislər anlayırlar ki, ekskursiya işinin təşkilində müvafiq metodik iş aparılır, marşrutlar hazırlanır, mətnlər tərtib edilir və əlbətdə ki, ən çətini peşəkar, xarici dilləri bilən bələdçilər hazırlanır. Biz bu işlərin həyata keçirilməsində qeyri ənənəvi metodlardan istifadə edərək çıxış yolu tapmış və hələlik bir ekskursiya marşrutun hazırlanmasına nail olmuşuq. Ümüd edirəm ki, marşrutların sayı yaxın gələcəkdə artacaq və turistlərə bölgənin digər maraqlı məkanları haqqında yeni mövzular təqdim olunacaqlar.
Bu, olduqca çətin missiyanın həyata keçirilməsində iştirak edən hər bir kəsə, o cümlədən Qəbələ rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Nargilə xanıma, Hotellər və Restoranlar Assosiasiyasının fəalları Yunus Siraczadə, Samir Səfiyev, Elxan Naibov, Lalə Həmidova, Qəbələ Turizm Peşə Məktəbinin müəllimi Aslan İslamova, Nic qəsəbəsinin sakinləri, Çuxur Qəbələ sahəsində arxeoloji qazıntılarda iştirak edən mütəxəssislərə və digər bizə yardımçı olan şəxslərə öz dərin təşəkkürümü bildirirəm.
Və sonda, turizm peşəkarlarına, Turizm Agentliklərinin rəhbərlərinə, Qəbələ rayonunun rəhbərliyinə, Qəbələdə fəaliyyət göstərən Qafqaz Hotellər şəbəkəsinin və digər hotellərin rəhbərlərinə, Qəbələ şəhərində müxtəlif tədbirlərin təşkilində iştirak edən hər bir kəsə müraciət ədərək Qəbələ Ekskursiya Bürosunun təklif etdiyi xidmətlərdən faydalanmaqa dəvət edirəm. Məhz Sizin fəallığınızdan yaratdığımız işin davamlı olması asılıdır.
Samir Dübəndi
İdarə Heyətinin Sədri
Hotellər və Restoranlar Assosiasiyası