...

Listinq Məsləhət Proqramı üzrə Kollektiv Sazişə yeni tərəfdaşlar qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 12:53 (UTC +04:00)
Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – Listinq Məsləhət Proqramı (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit şirkətləri olan Baker&Tilly, PwC və EY şirkətlərinin Azərbaycan ofisləri qoşulmuşlar.
Listinq Məsləhət Proqramı üzrə Kollektiv Sazişə yeni tərəfdaşlar qoşulub

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı - Listinq Məsləhət Proqramı (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit şirkətləri olan Baker&Tilly, PwC və EY şirkətlərinin Azərbaycan ofisləri qoşulmuşlar.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının habelə, digər peşəkarların - auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.

16 aprel 2014-cü ildə təqdimatı keçirilən LMP layihəsinin hazırda 10 (on) tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons və Baker&McKenzie hüquq şirkətlərinin Azərbaycan ofisləri, broker şirkətləri olan Paşa Kapital, Standard Kapital, İnvestAZ və Chealsea Kapital.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti