...

Azərbaycanda təmin edilmiş ipoteka istiqrazlarının 9-cu buraxılışı qeydiyyata alındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2015 13:08 (UTC +04:00)
QKDK Azərbaycan İpoteka Fondunun 50 milyon manat həcmində faizli, sənədsiz, adlı, təmin edilmiş istiqrazlarını qeydiyyata alıb.
Azərbaycanda təmin edilmiş ipoteka istiqrazlarının 9-cu buraxılışı qeydiyyata alındı

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun 50 milyon manat həcmində faizli, sənədsiz, adlı, təmin edilmiş istiqrazlarını qeydiyyata alıb. Bu barə Trend QKDK-ya istinadən məlumat verir.

Bu, ölkədə ipoteka istiqrazlarının 9-cu buraxılışı olacaq.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 50 min ədəd istiqraz buraxılıb.

Yerləşdirmə kütləvi təklif üsulu ilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti