...

"AtaBank" manat əmanətləri üzrə faiz dərəcələrini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 14:18 (UTC +04:00)
Bu gündən etibarən “AtaBank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırdı.
"AtaBank" manat əmanətləri üzrə faiz dərəcələrini artırdı

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gündən etibarən "AtaBank" ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırdı.

Bankdan Trend-ə verilən məlumata görə, artıq müştərilər bir il müddətinə illik 12%, 5 il müddətinə isə illik 16% dərəcə ilə əmanət yerləşdirə bilərlər.

Hər ay əmanət hesablarını artırmaq istəyərək yığım edən müştərilər üçün də bank tərəfindən xoş xəbər var. Belə ki, "Yığım" əmanəti üzrə faiz dərəcələri daha 1% artırıldı. Ümumilikdə, "AtaBank" ASC manat əmanətləri üzrə illik faiz dərəcələrinin artımını "Manata dəyər verək" şüarı altında xüsusi kampaniya çərçivəsində davam etdirəcək.

Ölkənin aparıcı banklarından biri olan "AtaBank" ASC-nin 2014-cü ilin sonuna aktivləri il ərzində 54,8% artaraq 580,3 mln manat təşkil etmişdir. Həm pərakəndə, həm də biznes bankçılıq istiqamətlərində uğurlu olan "AtaBank" ASC-nin ötən ilin sonuna əmanət portfeli 511,0 mln manat təşkil etmişdir, bunlardan da 166,0 mln manatı fiziki şəxslərin müddətli depozitləri olmuşdur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti