...

“AtaBank”-ın müsabiqəsinin qalibi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 13:27 (UTC +04:00)
"AtaBank" ASC “Novruz sevincinizi “AtaBank” ilə yaşayın!” şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibinin adı açıqlayıb.
“AtaBank”-ın müsabiqəsinin qalibi müəyyən olunub

Azərbaycan, Bakı, 30 mart, /Trend/

"AtaBank"-ın müsabiqəsinin qalibi müəyyən olunub.

"AtaBank" ASC rəsmi Instagram səhifəsində "Novruz sevincinizi "AtaBank" ilə yaşayın!" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibinin adı açıqlayıb.

Trend xəbər verir ki, Novruz sevincini yaşayan Durna Həsənova iPhone 6 smartfonu ilə mükafatlandırılıb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC-nin keçirdiyi müsabiqə haqqında daha ətraflı məlumat üçün http://atabank.com saytına, https://www.facebook.com/atabank və http://i.instagram.com/atabank_asc/ səhifələrinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti