...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Azad Həsənli/

Aprelin 1-dən Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının doqquzuncu emissiyasının ikinci tranşının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, istiqrazlar 100,6500% qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü il, tədavül müddəti isə 10 ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat AMB-dir. AİF-in istiqrazlarını əldə etmək istəyənlər BFB-nin broker fəaliyyəti üzrə lisenziyaya malik üzv təşkilatlarına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti