Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycanın bəzi şirkətlərinin Rusiyada tikinti, kənd təsərrüfatı məhsullarının emalı, logistik infrastrukturun yaradılması kimi sahələrə sərmayə yatırmaqla bağlı planları var. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev deyib.
İki ölkə arasında əlaqələrin müsbət inkişafını qeyd edən sədr ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
E.Tlyabiçevin sözlərinə görə, Rusiyanın 2014-cü ildə Azərbaycanın əsas kapitalına yatırdığı investisiyalar 2013-cü illə müqayisədə 2 dəfə artaraq 296 milyon manat təşkil edib: "Güman edirəm ki, əməkdaşlığın yeni istiqamətlərinin inkişafı ilə bu rəqəm yalnız artacaq".