Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ənvər Məmmədov/
2015-ci ilin mart ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 1 416 sığorta tələbi üzrə 1,654 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Trend-in İSB-yə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ödənişlərin həcmi 36,7 faiz, tələblərin sayı isə 39,5 faiz artıb.
Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1 320 |
1 462 906 |
39 |
57 360 |
41 |
54 000 |
16 |
80 000 |
1416 |
1 654 266 |
Mart ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Ümumilikdə, 2015-ci ilin 1-ci rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4905 sığorta tələbi üzrə 5,708 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.