...

Azərbaycan İpoteka Fondu istiqrazlarını hərraca çıxarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 15:07 (UTC +04:00)
Aprelin 24-də Bakı Fond Birjasında (BFB) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazlarını hərraca çıxarır

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Aprelin 24-də Bakı Fond Birjasında (BFB) QSC faizli adlı sənədsiz təmin edilmiş istiqrazların yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Trend-in məlumatına görə, hərraca çıxarılan Azərbaycan İpoteka Fondunun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli istiqrazları 3 milyon manat həcmində olacaq.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,8417 % qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti