...

Azərbaycan bankları ipoteka üzrə ilkin ödənişləri artırıblar (CƏDVƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2015 22:00 (UTC +04:00)
Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5 - 3 dəfə artırıblar.
Azərbaycan bankları ipoteka üzrə ilkin ödənişləri artırıblar (CƏDVƏL)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5 - 3 dəfə artırıblar.

Azərbaycan İpoteka Fondunun (AİF) minimum tələbinə əsasən, adi kreditlər üçün ilkin ödəniş 20 faiz, sosial ipoteka üçün isə 15 faiz həcmində müəyyənləşdirilib.

Trend-in AİF-in elektron portalına istinadən verdiyi məlumata əsasən, Fondun ipoteka xətti üzrə ipoteka kreditləri verən 29 bankdan 12-si adi və güzəştli ipoteka, 5 bank isə yalnız adi ipoteka kreditləri üzrə ilkin ödənişi artırıb.

Bank

Yaşayış minimumu (hər bir ailə üzvü üçün məbləğ 131 manatdan aşağı olmamalıdır)

Adi ipoteka üzrə ilkin ödəniş (faizlə)

Güzəştli ipoteka üzrə ilkin ödəniş (faizlə)

Muğanbank

140

40

15

Bank Respublika

180

50

50

Azərbaycan Beynəlxalq Bankı

175

40

15

Kapital Bank

131

20

15

Zaminbank

131

20

15

AtaBank

140

40

40

NBC Bank

131

30

30

Gəncəbank

131

20

15

Nikoyl Bank

131

30

15

PAŞA Bank

180

40

20

Unibank

131

30

30

TuranBank

131

30

30

Bank Technique

131

20

15

KredoBank

131

20

15

Qafqaz İnkişaf Bankı

131

20

15

Expressbank

150

40

40

AFB Bank

131

20

15

Azər-Türk Bank

150

30

25

Caspian Development Bank

131

20

15

Bank Silk Way

140

20

15

Bank BTB

131

20

15

Bank of Baku

180

30

15

Bank Avrasiya

131

20

15

AG Bank

131

30

30

Bank Standard

175

40

30

Xalq Bank

131

30

30

Yapi Kredi Bank

131

30

30

Dəmirbank

131

20

15

AmrahBank

140

30

15

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, bankların ilkin ödənişi artırması Azərbaycanda ipotekaya tələbatın azalmasına səbəb olacaq.

Onun sözlərinə görə, əhali mənzil alarkən kreditlərə daha az müraciət etmək məcburiyyətində qalacaq: "Xüsusilə, bu, hərbçilərə aiddir, çünki məhz bu kateqoriyadan olan insanlar ilkin ödənişin verilməsi ilə bağlı müəyyən çətinliklər yaşayırlar".

N.İbrahimov bankların bu addımını problemli kreditlərin artması və bankların risklərini azaltmaq istəyi ilə əlaqələndirir: "Azərbaycan əhalisi hazırda kreditlərin qaytarılması ilə bağlı müəyyən çətinliklər yaşayır. Problemli kreditlərin artması ilə əlaqədar bankların riski artır. Bu addım, həmçinin borcalanların ipoteka kreditləri üzrə qalan borcunu qaytarması prosesini yüngülləşdirəcək (kreditin məbləğinin az olması səbəbindən - red.)".

Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə ilkin ödənişin artması banklara vaxtı ötmüş kreditlər portfelini azaltmağa kömək edəcək, lakin banklar müştərilərini itirsələr və bununla yanaşı, risklər qalsa, onlar ipotekanın verilməsi şərtlərini yenidən yüngülləşdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti