...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 15:02 (UTC +04:00)
yunun 11-dən Bakı fond Birjasında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının doqquzuncu emissiyasının 5 milyon manat dəyərində beşinci tranşının yerləşdirilməsi başlayır.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi başlayacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Azad Həsənli/

İyunun 11-dən Bakı fond Birjasında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının doqquzuncu emissiyasının 5 milyon manat dəyərində beşinci tranşının yerləşdirilməsi başlayır.

Trend-in AİF-ə istinadən verdiyi məlumata əsasən, istiqrazlar 101,2167 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi - 21 noyabr 2024-cü ildir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak etmiş təşkilat qismində AMB çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti