...

"AtaBank" 3 saylı uşaq evinin şagirdlərini sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2015 15:32 (UTC +04:00)
“AtaBank” ASC Korporativ Sosial Məsuliyyəti layihələri çərçivəsində 2015-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirmişdir.
"AtaBank" 3 saylı uşaq evinin şagirdlərini sevindirdi (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

"AtaBank" ASC Korporativ Sosial Məsuliyyəti layihələri çərçivəsində 2015-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirmişdir.

Buzovna qəsəbəsində 3 saylı uşaq internat-evində Qurban bayramı günlərində internat evinin şagirdləri üçün müxtəlif viktorina və müsabiqələrlə bayram şənliyi təşkil edilmişdir. Qurban bayramı tədbirinə bank tərəfindən müğənnilər, klounlar dəvət olunmuşdur. İştirak edən gənc iştirakçılar öz rəqs qabiliyyətlərini, mahnı oxumaq, şeir demək bacarıqlarını nümayiş etdirdilər.

Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqəti və mənəvi qayğısına ehtiyacı olan təbəqəyə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti