...

NIKOIL | Bank-ın sayəsində bu il 418 ailə yeni mənzilə sahib olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 15:52 (UTC +04:00)
NIKOIL | Bank bu gün ümumi həcmi 40 mln. AZN-dən çox olan, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən 1100 ipoteka kreditini müşayiət edir.
NIKOIL | Bank-ın sayəsində bu il 418 ailə yeni mənzilə sahib olub

Bakı. Trend:

NIKOIL | Bank bu gün ümumi həcmi 40 mln. AZN-dən çox olan, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən 1100 ipoteka kreditini müşayiət edir.

Bankdan Trend-ə verilən məlumata görə, bugünki gündə, 2015-ci ilin əvvəlindən 3 888 071 AZN məbləğində 96 güzəştli kredit, 11 815 326 AZN məbləğində isə 322 standart kredit verilib.

Cari ilin əvvəlində Banka AİF tərəfindən əlavə olaraq 6,5 mln. AZN məbləğində limit ayrılmışdır. Bank, bu kredit limiti sayəsində, ipoteka kreditləşməsi ilə mənzil almaq istəyən əhalidən gələn müraciətləri aktiv şəkildə qəbul etməyə başlamışdı.

Dövlət ipoteka kreditləşməsinin şərtlərinə əsasən, kreditlər 50 000 AZN dəyərində, 3 ildən 25-30 ilə qədər müddətə, illik 4%-8%-ə qədər faiz dərəcəsi ilə verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70%-80%-ni keçməməlidir, bu da o deməkdir ki, kredit üzrə ilkin ödəniş 20%-30%-dən az olmamalıdır.

İpoteka kreditləşməsi vasitəsilə, NIKOIL | Bank güzəştli şərtlərlə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və mənzi ilə təmin olunması üçün çoxsaylı səylərini göstərir. Azərbaycan İpoteka Fondunun xətti ilə olan ipoteka kreditləşməsi NIKOIL | Bank-ın strategiyasında əsas istiqamətlərdən biridir.

Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "NIKOIL Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti