Bakı. Seymur Əliyev - Trend:
Bank sektorunun restrukturizasiyası çərçivəsində dollarda götürülən kredirtlərlə əlaqədar olaraq Azərbaycan banklarına yardım göstərilməsi məsələsinə baxıla bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dollarla kreditlərin köhnə məzənnə [1,05 AZN/USD] üzrə qaytarılması imkanları barədə sualı cavablandırarkən deyib.
E.Rüstəmov bildirib: "Ümumilikdə mövqeyimiz belədir ki, bu, maliyyə intizamını poza bilər. Gələcəkdə insanlarda elə təəssürat yarana bilər ki, onlar kredit götürə və onları qaytarmaya bilər. Lakin çox güman ki, bank sektorunun restrukturizasiyası çərçivəsində, yardım proqram çərçivəsində baxacağıq ki, banklara necə kömək edək ki, onlar bunun öhdəsindən gələ bilsinlər. Yəqin ki, bu məsələni banklar və ekspertlərlə müzakirə edəcəyik".