...

AtaBank-ın aktivlərində artım olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2016 15:13 (UTC +04:00)
AtaBank-ın aktivlərində artım olub.
AtaBank-ın aktivlərində artım olub

Bakı. Trend:

AtaBank-ın aktivlərində artım olub.

Bankdan Trend-ə verilən məlumata görə, 31.12.2015-ci il tarixinə "AtaBank" ASC-nin cəmi aktivləri 607,2 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0% artım deməkdir.

Bankın 2015-ci ilin sonuna kredit portfeli 530,4 milyon manat, cari hesablar da daxil olmaqla öhdəlikləri 534,0 milyon manat, o cümlədən müddətli əmanət portfeli 443,5 milyon manat, fiziki şəxslərin müddətli əmanətləri 260,8 milyon manat, məcmu kapitalı isə 53,7 milyon manat olub.

Həmçinin bank ötən ili 1,4 milyon manat xalis mənfəətlə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti