...

"AtaBank"ın icraçı direktoru vəzifəsindən azad edilib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 16:03 (UTC +04:00)
Bətulə Əhədova "AtaBank"ın icraçı direktoru - İdarə Heyətinin üzvü vəzifəsini tərk edib.
"AtaBank"ın icraçı direktoru vəzifəsindən azad edilib (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Bətulə Əhədova "AtaBank"ın icraçı direktoru - İdarə Heyətinin üzvü vəzifəsini tərk edib. Bunu Trend-ə bankdan deyiblər.

Bankdan bildiriblər ki, B.Əhədova öz istəyi ilə vəzifəsini tərk edib: "Bu vəzifə hələ ki vakant qalır, çünki bu həftə Müşahidə Şurası bank rəhbərliyinin yeni strukturunu təsdiq etməyi planlaşdırır".

Hazırda bankın İdarə Heyətinin tərkibi aşağıdakı kimidir: sədr Dəyanət Quliyev, onun müavini Etibar Babaşlı, icraçı direktorlar/İdarə Heyətinin üzvləri - Hüseyn Bayramov, Emil Əmirov, Rauf Hüseynov.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti