Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Trend Azərbaycan İpoteka Fonduna (AİF) istinadən məlumat verir.
Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.
AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Unibank" isə 200 manatadək artırıb.
Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, "Muğanbank" ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.
| Bankın adı | Yaşayış minimumu (ailənin hər bir üzvünə düşən məbləğ 136 manatdan az olmamalıdır) | Adi ipoteka üzrə ilkin ödəniş (%) | Güzəştli ipoteka üzrə ilkin ödəniş (%) | 
| Bank Respublika | 180 | 50 | 50 | 
| PAŞA Bank | 180 | 40 | 20 | 
| Muğanbank | 140 | 40 | 40 | 
| Expressbank | 150 | 40 | 40 | 
| Bank Standard | 175 | 40 | 30 | 
| Azərbaycan Beynəlxalq Bankı | 175 | 40 | 30 | 
| AtaBank | 140 | 40 | 40 | 
| Bank of Baku | 180 | 30 | 15 | 
| Azər Türk Bank | 150 | 30 | 25 | 
| Yapı Kredi Bank | 136 | 30 | 30 | 
| XalqBank | 136 | 30 | 30 | 
| Unibank | 200 | 30 | 30 | 
| TuranBank | 136 | 30 | 30 | 
| Nikoyl Bank | 136 | 30 | 15 | 
| Amrah Bank | 140 | 30 | 15 | 
| AGBank | 136 | 30 | 30 | 
| Rabitəbank | 136 | 20 | 15 | 
| Caspian Development Bank | 136 | 20 | 15 | 
| Bank Silk Way | 140 | 20 | 15 | 
| Bank BTB | 136 | 20 | 15 | 
| Zaminbank | 136 | 20 | 15 | 
| KredoBank | 136 | 20 | 15 | 
| Kapital Bank | 136 | 20 | 15 | 
| Dəmirbank | 136 | 20 | 15 | 
| Bank VTB Azərbaycan | 136 | 20 | 15 | 
| Bank Avrasiya | 136 | 20 | 15 | 
| AFB Bank | 136 | 20 | 15 | 
