...

"AtaBank" Azərbaycan daxilində pul köçürmələrini həyata keçirmək üçün sistemə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2016 13:58 (UTC +04:00)
“AtaBank” ASC təcili pul köçürmə xidmətl¬əri çeşidini genişləndirərək ilkə imza atıb.
"AtaBank" Azərbaycan daxilində pul köçürmələrini həyata keçirmək üçün sistemə qoşulub

Bakı. Trend:

"AtaBank" ASC təcili pul köçürmə xidmətləri çeşidini genişləndirərək ilkə imza atıb. Bu gündən etibarən, "AtaBank" ASC-nin müştəriləri "Xəzri" sistemi üzrə pul köçürmələrini həyata keçirə bilərlər. Yenilik isə ondan ibarətdir ki, "AtaBank" ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb.

Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.

Pul köçürmə xidmətlərini "AtaBank"ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür.

Əlavə olaraq bildirmək istəyirik ki, "AtaBank"ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti