...

Azərbaycana elektrobusların ilk modeli gətirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2016 14:54 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.
Azərbaycana elektrobusların ilk modeli gətirilir

Bakı. Maksim Tsurkov - Trend:

Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

X.Fətiyev xatırladıb ki, bu yaxınlarda Berlində Almaniyanın "Eurabus" şirkətinin rəhbərliyi ilə həmin modellərin çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb: "Memorandum bir ay-ay yarım ərzində elektrobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur və burada aprobasiyadan keçiriləcək. Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik".

Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir: "Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa hazırdır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji təmizdir".

X.Fətiyev qeyd edib ki, gələcəkdə ixrac edilməsi üçün bu nou-hauların qonşu ölkələrdə irəliləyişi də əsas məqsədlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti