...

"AtaBank"ın yeni şöbəsi açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2016 11:46 (UTC +04:00)
Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Elmlər" şöbəsinin açılışı olub.
"AtaBank"ın yeni şöbəsi açıldı

Bakı. Trend:

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Elmlər" şöbəsinin açılışı olub. Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Bəxtiyar Vahabzadə küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin direktoru Nəsimi Kərimov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev şöbə ilə bağlı bildirib ki, “ AtaBank ASC Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan banklardan biri olaraq, "Elmlər" şöbəsini gələcəkdə 24 saat fasiləsiz xidmət göstərməsini nəzərdə tutur”.

"AtaBank"-ın "Elmlər" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Elmlər" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti