...

"Meqa Sığorta" növbəti tenderin qalibi oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2016 12:41 (UTC +04:00)
“Meqa Sığorta” ASC-nin təklifi digərlərindən fərqlənərək, şirkətin qalib olmasını təmin edib.
"Meqa Sığorta" növbəti tenderin qalibi oldu

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin sığorta xidmətləri üçün iyunun 8-də elan etdiyi tenderdə qalibiyyət uğrunda bir çox aparıcı sığorta şirkətləri müxtəlif təkliflərlə çıxış ediblər. İştirakçılardan biri olan “Meqa Sığorta” ASC-nin təklifi digərlərindən fərqlənərək, şirkətin qalib olmasını təmin edib.

ASC-dən Trend-ə verilən məlumata görə, şirkət Mərkəzi Bankın nağd pulun sığortalanması üzrə açıq tenderinin qalibi elan olunub.

Xatırladaq ki, Meqa Sığorta ASC öz fəaliyyətinə 01.10.2010-cu il tarixində başlayıb. Şirkət müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti