Bakı. Ənvər Məmmədov - Trend:
Tural Ağayev “Ateshgah Insurance” sığorta şirkətinin idarə heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
Trend bu barədə sığorta şirkətinin saytına istinadən məlumat verir.
O, bu vəzifədə Azərbaycan Beynəlxalq Bankının baş direktoru təyin olunmuş Vasif Əhmədovu əvəz edib.
Bu vəzifəyə qədər Tural Ağayev “Ateshgah Insurance”da Tərəfdaş Satışlar Departamentinin sədri olub.
“Ateshgah Insurance” sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir.