...

Əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2017 12:20 (UTC +04:00)
Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub.
Əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda işsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb.

O qeyd edib ki, Milli Məclisdə əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır: “Qanunun qəbulu əlillərin sosial müdafiəsini daha da yaxşılaşdıracaq”.

H.Rəcəbli deyib ki, Azərbaycanda əhalinin illik təbii artım tempi 1,2 faizi ötür.

"Turizm haqqında" qanunun yenidən hazırlandığını deyən komitə sədri bildirib ki, qanun layihəsi turizmin inkişafına yönəlib və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti