...

Ləğv edilmiş “Alfa Sığorta”nın üçüncü növbə tələbləri üzrə ödənişlər həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2018 15:17 (UTC +04:00)
Lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir.
Ləğv edilmiş “Alfa Sığorta”nın üçüncü növbə tələbləri üzrə ödənişlər həyata keçirilir

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir.

Palatadan Trend-ə verilən məlumata görə, aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23 faizi həcmində ödənilməsi qərara alınıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilib və onun iflası proseduruna başlanılıb. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilib və məhkəmə tərəfindən təsdiq edilib. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılıb. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti