...

İsveçrənin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya - 730 milyon dollar (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2018 14:11 (UTC +04:00)
Bu gün üçün olan göstəriciyə əsasən, İsveçrə Azərbaycan iqtisadiyyatına 730 milyon dollar investisiya yerləşdirib.
İsveçrənin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya - 730 milyon dollar (YENİLƏNİB)

İlk xəbər saat 12:12-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün üçün olan göstəriciyə əsasən, İsveçrə Azərbaycan iqtisadiyyatına 730 milyon dollar investisiya yerləşdirib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes-forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə İsveçrə kapitalı ilə 70-dən çox şirkət fəaliyyət göstərir:

“İki ölkə arasında investisiya əməkdaşlığı inkişaf edir. Öz növbəsində Azərbaycanın İsveçrə iqtisadiyyatına investisiyaları 1,2 milyard dollara çatıb. Bu investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür”.

İki ölkə arasında ticarət dövriyyəsi barədə danışan nazir vurğulayıb ki, 2018-ci ilin ilk 5 ayı ərzində Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 82 faiz artıb. Hesabat dövrü ərzində Azərbaycan İsveçrəyə ixracatı 42 fazi artırıb:

“2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 46 faiz yüksəkdir. Bundan başqa, Azərbaycandan İsveçrəyə qeyri-neft ixracı artır. Ümumilikdə İsveçrə Azərbaycanın qeyri-neft ixracında aparıcı yerlərdən birini tutur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti