...

Gürcüstan MB Azərbaycan Beynəlxalq Bankının törəmə qurumunun lisenziyasını ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2018 15:05 (UTC +04:00)
Gürcüstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumunun lisenziyasını ləğv edib.
Gürcüstan MB Azərbaycan Beynəlxalq Bankının törəmə qurumunun lisenziyasını ləğv edib

Bakı. Azad Həsənli - Trend:

Gürcüstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumunun lisenziyasını ləğv edib.

Trend-in məlumatına görə, hələ mart ayında ABB-nin Gürcüstan və Rusiya bazarlarının tərk etməsi barədə qərar qəbul edilmişdi.

Bildirilmişdi ki, bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Qeyd edək ki, "ABB-Gürcüstan" 2006-cı ildən fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti