Bakı. Taleh Mursaqulov - Trend:
Vüqar Rəcəbov “Günay Insurance” sığorta şirkətinin İdarə heyətini tərk edib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Qeyd edək ki, V.Rəcəbov şirkətin İdarə heyətinə bu ilin avqustunda təyin olunmuşdu.
Beləliklə, İdarə heyətində iki nəfər - İdarə heyətinin sədri vəzifələrini icra edən Kənan Əsgərov və onun müavini İlkin Mirzəyev qalır.